14 mart 2012 17:51
Azərbaycan kuboku: paytaxt klublarının günü (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun ilk oyunları keçiriliB. Azerisport.az xəbər verir ki, bu mərhələnin dörd oyununun hamısı bir gündə baş tutub.
Əvvəlcə “Kəpəz” – “Neftçi” və “Qəbələ” – “Qarabağ” oyunları başlayıb. Gəncədəki oyunda qonaqlar çətin qələbəyə seviniblər. Qəbələdə keçirilən görüşdə isə tərəflər sülhə razılaşıblar.
Paytaxt derbisində “Bakı” AZAL-la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Günün son oyununda isə ötən ilki finalçılar – “İnter”lə “Xəzər Lənkəran” qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qələbə meydan sahiblərinə qismət olub.
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
14 mart
İNTER – XƏZƏR LƏNKƏRAN - 3:2 (1:0)
Qollar: N.Hacıyev, 40 (1:0), E.Abdullayev, 46 (1:1), R.Brenes, 57 (1:2), E.Krastovçev, 78 (2:2), G.Karlson, 87-pen (3:2)
Bakı. “Şəfa” stadionu.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 20. Girt Karlson, 22. Peter Chrappan, 25. İbrahima Niasse.
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 6. Samir Zərgərov, 9. Krastovçev Enyo, 13. Bronislav Çervenka, 16. Elnur Abdulov, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
XƏZƏR LƏNKƏRAN: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (k), 11. Andrey Mureşan, 16. Adrian Pit, 22. Semedo Antonio, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 7. Katalin Doman, 12. Ballo Salif, 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov, 21. Radomir Todorov.
Baş məşqçi: Cüneyt Biçer.
Oyun başladı
3. İlk dəqiqələr daha çox kəşfiyyat xarakteri daşıyır
6. Subaşiç qapıçı ilə üz-üzə qalsa da, Lomaya əla oynayaraq komandasını real qoldan xilas edir
7. "İnter" künc zərbəsini uğursuz yerinə yetirir
30. Oyunda demək olar ki, ciddi qol vəziyyətləri yoxdu və çox sönük oyun keçir
33. İlk sarı vərəqə Asif Məmmədova verilir
40. Daşdəmirovun əla ötürməsini Nizami qapıdan keçirir - 1:0
44. Pit əla reyd edib qapı qarşısına təhlükəli ötürmə etsə də, müdafiəçilər sayıqlıq nümayiş etdirirlər
44. "İnter"in əks-hücumu alınmır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. XL ikinci hissə başlayan kimi hesabı bərabərləşdirir. Elnur Abdullayev doqquzluğu dəqiq nişan alır - 1:1
57. Beqirinin cərimə zərbəsindən ötürməsini Brenes başla tora qovuşdurur - 1:2
60. Niasseni B.Çervenka əvəzləyir
63. "İnter"də növbəti əvəzləmə: N.Hacıyevin əvəzində meydana S.Zərgərov çıxır
65. XL-da isə Semedonu K.Doman əvəzləyir
72. XL-da Rikardinyo yerini Rahidə verir
75. Qonaqlar korneri uğursuz yerinə yetirirlər
76. "İnter"in son oyunçu dəyişikliyi: E.Krastovçev Xrappanın əvəzində meydana çıxır
78. Krastovçev elə topa ilk toxunuşundaca azca irəliləyib iti bucaq altında qapıya dəqiq zərbə endirir - 2:2
80. XL-da da son əvəzləmə: E.Abdullayevi R.Alviz əvəzləyir
81. E.Bonfim kobud oynadığı üçün sarı vərəqə alır
83. "İnter" təzyiqi artırıb. Öncə cərimə zərbəsi kornerlə nəticələnir. Korner zamanı isə Samirin baş zərbəsi qapıdan aralı keçir
84. Zərgərovun uzaqdan daha bir zərbəsini Kamal tutur
84. XL tam müdafiəyə çəkilib. A.Məmmədovun zərbəsi qapıdan azacıq yan keçir
86. Doman cərimə meydançasında topa əllə toxunduğu üçün penaltiyə səbəb olur
87. G.Karlson penaltini dəqiq yerinə yetirərək, komandasını hesabda önə keçirir - 3:2
89. XL-ın künc zərbəsi zamanı Brenesin başla növbəti qolunu vurmasına Lomaya mane olur
89. Krastovçevin zərbəsini Bayramov kornerə çıxarır
90. Korner zamanı "İnter" istəyinə çata bilmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
BAKI – AZAL – 3:1 (1:0)
Qollar: A.Şoliç, 27 (1:0), D.Çesnauski, 59 (2:0), Koke, 63 (3:0), Ş.Rəhimov, 68 (3:1).
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.
BAKI: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Kontreras Pardo Serxio.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 10. Lukas Mario Horvat, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Petrov Robert, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benuahi, 13. Şəhriyar Rəhimov, 15. Boqyu Georgi, 9. Elşən Məmmədov, 16. Arseniyeviç Bronislav, 17. İqbekoyi Viktor.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Daunoraviçyus Mindauqas, 7. Tərlan Xəlilov, 14. Orxan Səfiyaroğlu, 18. Elmin Çobanov, 19. Hüseyn Axundov, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
Oyun başladı
Qonaqlar ilk dəqiqələrdən daha fəal görünürlər
AZAL "Bakı"nı cərimə meydançasına sıxışdırıb
Meydan sahiblərində heç nə alınmır
"Təyyarəçilər"in güclü pressinqi diqqət çəkir
Aleksandar Şoliç dəqiq zərbə ilə hesabı açır - 1:0
Cahangir Həsənzadə zədələnir və oyuna davam edə bilmədiyi üçün Amil Ağacanovla əvəzlənir
Qonaqlar daha çox hücum etsələr də, "Bakı" ancaq əks-hücumlara üstünlük verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Elşən Məmmədovun zərbəsi dəqiq olmur
Deyvidas Çesnauski komandasının ikinci qolunun müəllifi olur - 2:0
Məhərrəmov sarı vərəqə ilə cəzalanır
Koke hesabı darmadağın həddinə çatdırır - 3:0
Şəhriyar Rəhimov qonaqların ümidləndirən qola imza atır - 3:1
Elşəni Hüseyn Axundov əvəzləyir
Çesnauskini Horvat əvəzləyir
Kokenin əvəzində meydana N.Novruzov çıxır
Şarliya İbekoyinin qol vurmasına son anda mane ola bilir
AZAL-da Benuahini Orxan Səfiyaroğlu əvəz edir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
KƏPƏZ – NEFTÇİ - 1:2 (0:1)
Qollar: D.Silva, 28 (0:1), E.Abdullayev, 84 (0:2), Y.Fomenko, 87 (1:2)
Gəncə. Şəhər stadionu.
KƏPƏZ: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 9. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 23. Junivan Suares.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 30. Yuri Fomenko, 8. Armand Feutçin, 17. Renat Sultanov, 14. Dmitri Parxaçov, 27. Pərvin Paşayev, 19. Zaur Əsədov.
Baş məşqçi: Fuad İsmayılov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elşən Abdullayev, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Oyun başladı
Komandalar oyuna fəal qoşulublar
İlk təhlükəli hücumu meydan sahibləri qurur: Sabir Allahquliyev cinah ötürməsini tora qovuşdura bilmir
Bahodir Nasimovun uzaqdan zərbəsi dəqiq olmur
Matç əsasən meydanın mərkəzində gedir
Denis Silva dəqiq zərbə ilə oyunda hesabı açır - 0:1
Oyun yenə əsasən mərkəzdə keçir və qapılar qarşısında təhlükəli vəziyyətlər azdı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Kəpəz"in hesabı bərabərləşdirmək cəhdləri hələ ki, faydasızdı
Qarşılıqlı hücumlar olsa da, qapılar qarşısında ciddi təhlükə yoxdu
Svejentsev hesabı bərabərləşdirməyə yaxın olsa da, Stamenkoviç qola imkan vermir
Elşən Abdullayev komandasının əks-hücumu zamanı meydan sahiblərinin qapısından ikinci qolu keçirir - 0:2
Yuri Fomenko Sultanovun cərimə zərbəsindən göndərdiyi topa dəqiq zərbə endirməklə hesab arasındakı fərqi azaldır - 1:2
Yuri Fomenko matçın 90-cı dəqiqəsində meydandan qovulur
Matç başa çatdı
QƏBƏLƏ – QARABAĞ - 2:2 (1:0)
Qollar: V.Mendi, 41 (1:0), R.Əliyev, 46 (1:1), Dodo, 66 (2:1)
Qəbələ. Böyük Əmili qəsəbə stadionu.
QƏBƏLƏ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 19. Rövşən Əmircanov, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
QARABAĞ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 18. İlqar Qurbanov, 77. Georgi Adamiya
Baş məşqçi: Qurban Qurbanov
Oyun başladı
6. İlk təhlükə qonaqlardan gəlir. Uzun müddətdən sonra "Qarabağ"ın heyətində ilk rəsmi matçına çıxan Cavadov fərqlənə bilmir
10. Topa əsasən ağdamlılar nəzarət edirlər
20. Oyun əsasən meydanın mərkəzində keçir, komandalar rəqib qapısı qarşısında daha təhlükəli vəziyyətlər yaratmaq üçün yollar axtarırlar
23. Əfran İsmayılov Rauf Əliyevi əla zərbə mövqeyinə çıxarsa da, sonuncu dəqiq oynamır
25. "Qarabağ" kornerdən yararlana bilmir
31. Viktor Mendi rəqib müdafiəçilərdən sıyrılıb, qapıya zərbə endirsə də, Pavloviç yerindədi
35. Qara Qarayev oyunda ilk sarı vərəqənin müəllifi olur
39. "Qarabağ"ın növbəti künc zərbəsi zamanı meydan sahibləri sayıq oynayırlar
41. Mendi müdafiəçilərin arxasına atılan topu qəbul edib, Pavloviçin başı üzərindən tora qovuşdurur - 1:0
45. "Qarabağ" yaxşı hücum qursa da, bunu qapıya zərbə ilə tamamlaya bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Qonaqlar ikinci hissə başlayan kimi hesabı bərabərləşdirirlər. Rauf dəqiq oynayır - 1:1
48. Vaqif ikinci qolu vurmağa yaxın olsa da, Doroşev topu tutur
58. Meydan sahiblərinin ardıcıl iki künc zərbəsi qol gətirmir. Bunlardan birincisi zamanı Pavloviç əla reaksiya ilə komandasını real qoldan xilas edir
66. İlk qolun ötürməsini verən Çertoqanovdan daha bir məhsuldar pas və qol: bu dəfə Dodo dəqiq zərbə ilə Pavloviçi məyus edir - 2:1
68. Əfranın əvəzində meydana Vüqar Nadirov çıxır
76. R.Sadiqovun əvəzində meydana Muarem Muarem daxil olur
81. R.Sadıqovun cərimə zərbəsi dəqiq alınmır
83. Muaremin təhlükəli zərbəsini Doroşev çətinliklə də olsa, tutur
90. Muarem cərimə meydançası həndəvərindən əla zərbə ilə hesabı bərabərləşdirir - 2:2
90+1. Kamananı Rövşən Əmiraslanov əvəzləyir
90+1. Cavadovu Georgi Adamiya əvəzləyir
Oyun başa çatdı
