14 mart 2012 16:34
Böyükağa Hacıyev: Çətin olacağını bilirdik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş “Kəpəz”lə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı matçdan sonra bunları dilə gətirib:
“Kəpəz” öz meydanında “Qəbələ”yə qalib gəlmişdi. Bugünkü oyunun çətin olacağını bilirdik. Heyətimizdə zədəli futbolçular var idi. Onların əvəzinə gənc futbolçulara şans verdik. Qalib gəldiyimiz üçün şadam”.
