14 mart 2012 16:38
“İstədiyimiz oyunu göstərə bilmədik”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş “Neftçi” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu matçdan sonra bunları dilə gətirib:
“Simurq”la oyundan sonra futbolçularımızda yorğunluq var idi. Bu da oyunda öz təsirini göstərdi. “Neftçi”yə qarşı istədiyimiz oyunu göstərə bilmədik”.
