14 mart 2012 17:16
Qurban Qurbanov: Hesab ədalətli oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş “Qəbələ” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Kubok oyunları çempionatdan fərqli olur. Hər iki komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.
