14 mart 2012 17:21
“İlk hissədə oyunumuz tam alınmadı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş “Qarabağ”la görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Çətin oyun oldu, “Qarabağ”ın güclü komanda olduğunu bilirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə oyunumuz tam alınmadı. Hesabda irəli olsaq da yekunda 2:2 hesablı bərabərlik oldu. Çox güclü rəqibə qarşı mübarizə apardıq”.
