14 mart 2012 17:46
Qitənin ən yaxşı klublarının adları açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrika qitəsinin ən yaxşı klublarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum XXI əsrin ilk 11 ili üçün Afrika qitəsi üzrə ən yaxşılarının cədvəlini tərtib edib.
Siyahıda 300 klub yer alıb. Hesabında 1.312,5 xal olan Misirin “Əl-Əhli” klubu Afrikanın ən yaxşısı olub.
Ötən ay Misir çempionatında keçirilən faciəvi matçın iştirakçısının 74 azarkeşin ölümü ilə bitən qarşılaşmadakı rəqibi “Əl-Məsri” isə 405 xalla 70-ci pillədədi.
Liderin ən yaxın izləyiciləri Tunis komandalarıdır. “Esperansa”nın 1.185, “Etual de Sael”in isə 1.055,5 xalı var.
