14 mart 2012 18:36
AZAL da hakimlikdən narazı qaldı
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş “Bakı” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:3 hesabıyla məğlub olduğu matçdan sonra bunları dilə gətirib:
“Mən hakimlikdən narazıyam. Bu barədə dördüncü hakimə də fikirlərimi çatdırdım. Mənə dedilər ki, hələ onlar gəncdilər. Deməli, onları belə oyunlara təyin etmək tezdi. O, bir epizodda rəqib futbolçuya qırmızı vərəqə verməyə borclu olsa da, bunu etmədi. Daha bir epizodda isə lehimizə cərimə zərbəsi təyin etmədi”.
