14 mart 2012 18:42
Novruz Əzimov: Bakının oyunundan razı qaldım
“Bakı”nın məşqçisi Novruz Əzimov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmuş AZAL-la görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 3:1 hesabıyla qələbə qazandığı matçdan sonra bunları dilə gətirib:
“Mən hesab etmirəm ki, bu cütün taleyi artıq həll olunub. Qarşıda hələ cavab oyunu da var. Komandanın bu gün sərgilədiyi oyundan razı qaldım. Bu oyun mövsümün sonuna optimis baxmağımıza şərait yaradır”.
