14 mart 2012 18:48
XL fanatları Cüneyt Biçəri istefaya səslədi
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi çərçivəsində səfərdə Bakının "İnter" klubunun qonağı olan "Xəzər Lənkəran" yenə məğlub olaraq azarkeşlərini üzdü - 2:3. Azerisport.az xəbər verir ki, oyundan sonra məğlubiyyəti həzm edə bilməyən cənublu fanatlar Cüneyt Biçərin qarşısını kəsərək komandanın avtobusuna minənə kimi istefa şüarları səsləndiriblər.
İstefa şüarları altında avtobusa minən Biçər azarkeşlərin bu hərəkətinə qarşılıq sadəcə gülümsəyib.
