14 mart 2012 18:55
"Belə vəziyyətdə məsuliyyət də birə-iki artır"
"Neftçi"nin müdafiəçisi Ruslan Abışov futbol üzrə Azərbaycan kubokunun "Kəpəz"lə oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Bu matçda meydana komandanın kapitanı qismində çıxmışdım. Təbii ki, belə vəziyyətdə məsuliyyət də birə-iki artır. Əsas heyətin bir neçə futbolçusu bu qarşılaşmada meydanda deyildi. Bununla belə qələbə qazanmağı bacardıq. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq".
