14 mart 2012 19:04
“Sevinirəm ki, bu matçda qol vurdum”
"Neftçi"nin müdafiəçisi Denis Silva futbol üzrə Azərbaycan kubokunun "Kəpəz"lə oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
“Zədəli olduğuma görə son oyunlarda start heyətində meydana çıxa bilmirdim. Sevinirəm ki, bu matçda qol vurdum. Əsası odur ki, komandamız qələbə qazandı. Bunula belə arxayınlaşmırıq, qarşıda hələ cavab matçı var. Həmin görüşdə də qələbə qazanıb yarımfinala adlamaq istəyirik”.
