14 mart 2012 19:14
“İnanıram ki, gələcək görüşlərdə də oynamaq şansı qazanacam”
"Neftçi"nin gənc hücumçusu Elşən Abdullayev futbol üzrə Azərbaycan kubokunun "Kəpəz"lə oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Məşqçilərimə minnətdarlığımı bildirirəm ki, mənə bu oyunda şans verdilər. Gənc futbolçu kimi özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Vurduğumuz 2 qoldan birinin də müəllifi oldum. İnanıram ki, gələcək görüşlərdə də oynamaq şansı qazanacam".
