14 mart 2012 20:46
Fevral ayının ən yaxşı futbolçusu məlumdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu artıq məlumdu. Azerisport.az xəbər verir ki, futbol klublarının baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında aparılmış sorğunun nəticələrinə görə ötən ayın "ən yaxşı oyunçusu" seçilmiş futbolçunun mükafatlandırılması mərasimi martın 15-də keçiriləcək.
Sabah təşkil olunacaq tədbirin başlama vaxtı 17:00-dı. Tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
