15 mart 2012 00:12
“Lənkərana qələbəylə getmək daha yaxşıdı, nəinki 2:2 hesabıyla”
"İnter"in futbolçusu Valeri Abramidze futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Xəzər Lənkəran"la oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
“Çətin oyun alındı. Etiraf edim ki, ilk qolu vurandan sonra bizdə arxayınlıq yaranmışdı. Nəticədə qapımızda qollar gördük, məğlub duruma düşdük. Amma yaxşı ki, yenidən fərqlənməyi bacardıq. Şadam ki, qələbə qazana bildik. Hər halda Lənkərana qələbə ilə getmək daha yaxşıdı, nəinki 2:2 hesabıyla”.
