15 mart 2012 00:20
Xaqani Məmmədov: İnter – XL matçında bir penalti var idi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçərin “İnter”lə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundakı hakimliyi tənqid etməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, komitə sədri türkiyəli mütəxəssisin Əliyar Ağayev barədə fikirlərinə dair bunları dilə gətirib:
“Birinci epizodda Antonio Semedo cərimə meydançasında Arif Daşdəmirovla toqquşaraq özünü yerə atdı. Həmin epizodda heç bir penalti yox idi. Təmiz futbol epizodu idi. İkinci epizoda gəlincə, Katalin Doman cərimə meydançasında əllə oynadı. Cüneyt Biçər hesab edir ki, buna görə penalti təyin olunmamalıdı? Hesab edirəm ki, hakim penalti verməklə düzgün addım atdı”.

Qeyd edək ki, bu görüş “İnter”in 3:2 hesablı qələbəsiylə başa çatıb. Lakin Biçər bu görüşdə bir epizodda onların lehinə penalti təyin olunmadığını, digərində isə qapılarına penalti təyin olunmasının düzgün qərar olmadığını bəyan edib.