16 mart 2012 01:58

Beşiktaş Avroliqa ilə vidalaşdı (YENİLƏNİB)

Futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutub.
 
Turnirin favoritlərindən biri olan “Manchester United” Avroliqa ilə vidalaşıb. İngiltərə təmsilçisi ev oyununda yenildiyi “Athletic”lə səfərdə də bacarmayıb.
 
“Udinese” də Avropa Liqasında mübarizəni dayandırıb. İtaliya klubu səfərdə 0:2 hesabı ilə uduzduğu “AZ Alkmaar”ı evdə 2:1 hesabı ilə yensə də, mərhələ adlaya bilməyib.
 
“Hannover” mərhələni darmadağınla adlayıb. Almaniya klubu “Standard”ı 4 cavabsız qolla yenib. Bu komandalar arasında ilk oyun 1:1 hesabı başa çatmışdı.
 
“Valencia” isə səfərdə PSV ilə sülh bağlayıb – 1:1. Bu komandalar arasında İspaniyada baş tutan oyunda “yarasalar” 4:2 hesablı qələbə qazanmışdılar.
 
Türkiyənin Avropadakı tək təmsilçisi “Beşiktaş” turnirlə vidalaşıb. “Qara Qartal” səfərdə 1:3 hesabı ilə yenildiyi “Atletico”ya evdə də uduzub – 0:3. Arda Turan 68 dəqiqə forma geyindiyi oyunda sarı vərəqə alıb və ilk qolun ötürməsini verib.
 
“Manchester United” kimi, “Manchester City” də çıxışını dayandırıb. Bu komanda səfərdə 0:1 hesabı ilə yenildiyi “Sporting”i evdə 3:2 hesabı ilə udsa da, mərhələ adlaya bilməyib.
 
Ukraynanın “Metallist” klubu mərhələ keçib. Ukrayna təmsilçisi Yunanıstanda “Olympiakos”u udub – 2:1. Halbuki, bu komandalar arasında ilk oyun yunanların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
“Schalke” isə “Twente”ni mübarizədən kənarlaşdırıb. Almaniya klubu səfərdə yenildiyi (0:1) hollandları evdə 4:1 hesabı ilə darmadağın edib.
 
Avropa Liqası
1/8 final (cavab oyunları)
15mart
 
Athletic (İspaniya) - Manchester United (İngiltərə) - 2:1 (ilk oyun 3:2)
Qollar: Lyorente, 23, Markos, 65 - Runi, 80.
 
Hannover (Almaniya) - Standard (Belçika) - 4:0 (2:2)
Qollar: Abdellaoue, 4, Kanu, 21-öz qapısına, D.K.Ya, 73, Pinto, 90.
 
PSV (Hollandiya) – Valencia (İspaniya) - 1:1 (2:4)
Qollar: Toyvonen, 64 - Rami, 47.
 
Udinese (İtaliya) - AZ Alkmaar (Hollandiya) - 2:1 (0:2)
Qollar: Di Natale, 3-pen; 15 - Falkenburq, 31.
Matçın 65-ci dəqiqəsində qonaqların heyətində Elm penaltidən yararlana bilməyib
 
Beşiktaş (Türkiyə) - Atletico (İspaniya) - 0:3 (1:3)
Qol: Adrian, 26, Falkao, 83, Salvio, 90.
 
Manchester City (İngiltərə) - Sporting (Portuqaliya) - 3:2 (0:1)
Qollar: Aquero, 60; 82, Balotelli, 75-pen - Fernandes, 33, Volfsvinkel, 40.
 
Olympiakos (Yunanıstan) - Metallist (Xarkov, Ukrayna) - 1:2 (1:0)
Qol: Markano, 15 - Villaqra, 81, Deviç, 86.
Matçın 77-ci dəqiqəsində qonaqların heyətində Deviç penaltidən yararlana bilməyib
 
Schalke (Almaniya) – Twente (Hollandiya) - 4:1 (0:1)
Qollar: Huntelaar, 29; 57-pen; 81, Cons, 73 - Yanssen, 14.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.