15 mart 2012 00:03

Azərbaycan kuboku: Biri bəlli, üçü naməlum

Futbol üzrə Azərbaycan kubokunda ilk oyunlar keçirildi. Azerisport.az xəbər verir ki, bu mərhələnin dörd oyununun hamısı bir gündə baş tutdu.
 
Premyer Liqanın lideri “Neftçi” “Kəpəz”in qonağı oldu. Bu cütdə son ölkə çempionunun favorit olduğu heç kimə sirr deyildi. Paytaxt klubu səfərdə oynamasına rəğmən, elə ilk oyundaca üstünlük əldə etməyi bacardı. Belə ki, “ağ-qaralar” səfər qələbəsinə sevindilər ki, evdə nəinki heç-heçə etsələr, hətta 0:1 hesabıyla uduzsalar da, mərhələ adlaya biləcəklər.
 
Qarşılaşmaya gəlincə, bu oyunda hesabı 28-ci dəqiqədə bir müddət əvvəl Böyükağa Hacıyevin qəzəbinə tuş gələn və məhz bu oyunda start heyətinə dönən Denis Silva açdı. Matçın sonlarında gənc Elşən Abdullayev fərqi iki topa çatdırdı. 3 dəqiqə sonra isə Yuri Fomenko cavab oyunu öncəsi “Kəpəz”in ümid qoluna imza atdı. Lakin çətin ki, gəncəlilər bu məğlubiyyətdən sonra növbəti mərhələyə ümid bəsləsin.
 
“Qarabağ” “Qəbələ”nin qonağı oldu. 41-ci dəqiqədə hesabı açan Viktor Mendi Boyan Pavloviçin uzun müddətli quru seriyasına son qoydu. İkinci yarı başlayan kimi irəli atılan “Qarabağ” Rauf Əliyevin qoluna sevindi. 65-ci dəqiqədə Dodo “Qəbələ”ni yenidən hesabda önə keçirsə də məğlubiyyətlə barışmayan “Qarabağ” son dəqiqədə Muarem Muaremin vurduğu qolla bərabərliyi təmin etdi. Cavab oyununda “Qarabağ”ı 0:0 və 1:1 hesablı heç-heçə də qane edəcək. “Qəbələ” isə ya mütləq qələbə qazanmalı, ya da 3:3 və ya daha böyükhesablı heç-heçələrə ümid bəsləməlidi.
 
Günün digər oyununda “Bakı” AZAL-ı qəbul etdi. Çempionatda uğursuz çıxış edən paytaxtın eyniadlı klubu kubok oyununda istəyinə çata bildi. Hesabı ilk yarıda Aleksandr Şoliç açdı. Fasilədən sonra Deyvidas Çesnauski fərqi iki topa çatdırıb. Bir qədər sonra Koke ləqəbli Serxio Kontreras “Bakı”nın üçüncü qoluna imza atdı. Şəhriyar Rəhimovun təsəlli qolu isə AZAL-ın növbəti mərhələyə çıxmaq şanslarını az da olsa, saxladı.
 
Mərhələnin son oyununda “İnter” “Xəzər Lənkəran”ı qəbul etdi. Kifayət qədər maraqlı və gərgin keçən oyunda ilk qol “İnter”dən gəldi. Nizami Hacıyev fərqləndi. Lakin ikinci yarıya “Xəzər Lənkəran” fəal başladı və 10 dəqiqəyə iki qol vurmaqla oyunda dönüş yaratdı. Lənkəran klubunun heyətində Elnur Abdullayevlə Randal Brenes rəqib qapısına yol tapdı. Amma məğlubiyyətlə barışmayan “İnter” 78-ci dəqiqədə oyuna yenicə daxil olan Enyo Krastovçevlə bərabərlik qolunu vurdu. Son dəqiqələrdə isə Girt Karlson “İnter”ə cavab oyunu öncəsi üstünlük gətirən qola imza atdı. Hər halda məğlub olsa da, 2 səfər qoluna imza atması cənubluların da şansının az olmadığına işarədi.
 
Sonda kubokun 1/4 final mərhələsinin ilk oyunlarına ümumi nəzər saldıqda demək olar ki, qarşılaşmalar çox məhsuldar alındı. Hər halda bir gün ərzində baş tutan 4 oyunda 16 qol zəif göstərici sayılmamalıdı. Bu, orta hesabla hər oyuna dörd qol anlamına gəlir. Digər tərəfdən “Neftçi” – “Kəpəz” cütünü çıxmaq şərti ilə digər cütlərdə cavab görüşlərinin də çox maraqlı və gərgin keçəcəyini indidən proqnozlaşdırmaq olar.
 
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri martın 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
14 mart
 
Kəpəz – Neftçi - 1:2
Qollar: Yuri Fomenko, 87 – Denis Silva, 28. Elşən Abdullayev, 84.
Kəpəz: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İvan Arabacı, 2. Nail Məmmədov (30. Yuri Fomenko, 68), 9. Ceyhun Əhmədov (14. Dmitri Parxaçov, 37), 18. Nikolay Svejentsev, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 23. Junivan Suares (8. Armand Feutçine, 80).
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 17. Renat Sultanov, 27. Pərvin Paşayev, 19. Zaur Əsədov.
Baş məşqçi: Fuad İsmayılov.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgievski, 11. Cavid Hüseynov (8. Elşən Abdullayev, 63), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k) (16. Alessandro Viana da Silva, 82), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev (22. Fərid Quliyev, 75), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev,  26. Kərim Diniyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qırmızı vərəqə: Nikolay Svejentsev, 90+3.
Sarı vərəqələr: İvan Arabacı, 23 (qeyri-idman hərəkəti). Sabir Allahquliyev, 85 (hakimə etiraz). Dmitri Parxaçov, 85 (hakimə etiraz) – Cavid Hüseynov, 23 (qeyri-idman hərəkəti); Slavko Georgievski, 60 (fitdən sonra topa zərbə). Emin Mehdiyev, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
Gəncə. Şəhər stadionu. 6500 tamaşaçı.
 
Qəbələ – Qarabağ - 2:2
Qollar: Viktor Mendi, 41, Dodo, 65 – Rauf Əliyev, 46. Muarem Muarem, 90.
Qəbələ: 12. Pavel Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan (19. Rövşən Əmiraslanov, 90), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) ( 19. Muarem Muarem, 76), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 67), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (77. Georgi Adamiya, 90).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: Qara Qarayev, 35 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər Böyük Əmili qəsəbə stadionu. 1000 tamaşaçı.
 
Bakı – AZAL - 3:1
Qollar: Aleksandr Soliç, 28. Deyvidas Çesnauskis, 59. Serxio Kontreras, 64 – Şəhriyar Rəhimov, 68.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauskis (10. Lukas Mario Horvat, 75), 8. Juninyo, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandr Soliç, 98. Serxio Kontreras (19. Nurlan Novruzov, 86).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.
AZAL: 12. Cahangir Həsənzadə (1. Amil Ağacanov, 40), 2. Petrov Robert, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (14. Orxan Səfiyaroğlu, 88), 13. Şəhriyar Rəhimov, 15. Georgi Boqyu, 9. Elşən Məmmədov (19. Hüseyn Axundov, 68), 16. Bronislav Arsenijeviç, 17. Viktor İbekoyi.
Ehtiyat oyunçular: 6. Mindaugas Daunoraviçius, 7. Tərlan Xəlilov, 18. Elmin Çobanov, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
Sarı vərəqələr: Cəmşid Məhərrəmov, 60 (qeyri-idman hərəkəti) – Bronislav Arsenijeviç, 24 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Akif Məmmədov.
“Bakı” klubunun təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
 
İnter – Xəzər Lənkəran - 3:2
Qollar: Nizami Hacıyev, 39. Enyo Krastovçev, 78. Girt Karlson, 87-pen – Elnur Abdullayev, 47. Rendal Brenes, 57.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 64), 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 20. Girt Karlson, 22. Peter Xrappan (9. Enyo Krastovçev, 77), 25. İbrahima Niasse (30. Danildo Assioli, 60).
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 13. Bronislav Çervenka, 16. Elnur Abdulov, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (k) (6. Roberto Alviz, 80), 11. Andrey Mureşan, 16. Adrian Pit, 22. Antonio Semedo (7. Katalin Doman, 67), 30. Randall Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes (14. Rahid Əmirquliyev, 72).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı,  12. Salif Ballo, 18. Alim Qurbanov, 21. Radomir Todorov.
Baş məşqçi: Cüneyt Biçer.
Sarı vərəqələr: Asif Məmmədov, 33 (qeyri-idman hərəkəti). İbrahima Niasse, 59 (qeyri-idman hərəkəti) – Eder Bonfim, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.