14 mart 2012 11:05
Azərbaycan çempionatı üçün 15 klub
Martın 16-da, saat 14:00-da AFFA-nın inzibati binasında həvəskar komandalar arasında 14-cü ölkə birinciliyinin final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, final mərhələsində adları aşağıda göstərilmiş komandalar iştirak edəcək:
1. Çevik (Bakı)
2. Bahar (Bakı)
3. Neftçi PFK (Bakı)
4. Tərəqqi (Bakı)
5. Neftçi ROİL (Bakı)
6. Mehdiabad bələdiyyəsi (Bakı)
7. İEOUGİM (Sumqayıt)
8. Arsenal (Ağcabədi)
9. Naftalan (Naftalan)
10. Kəpəz-2 (Gəncə)
11. Ağsu (Ağsu)
12. Qəbələ (Qəbələ)
13. Qızılağac (Göyçay)
14. Adıgün (Saatlı)
15. Qaraçala (Salyan)
