14 mart 2012 11:44
Yuran Simurqdan gedişinin səbəbini açıqladı
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Zaqatala klubundan gedişinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Bu variant ona görə mənə cəlbedici göründü ki, komandanı demək olar ki, sıfırdan yaratmaq və avrokuboklara çıxarmaq lazım idi. Amma sonradan aydın oldu ki, büdcə məhdudlaşdırılıb. Növbəti mövsümdə avrokuboklara çıxmaq da aktual deyildi. Rəhbərlik üçün vacib olan məsələ klubun Premyer Liqanı tərk etməməsi idi. Lakin bu, mənim üçün maraqsız idi. Buna görə də müqaviləni pozmaq qərarına gəldim. Mən artıq Moskvaya qayıtmışam. Ümid edirəm ki, işsiz qalmayacağam”.