14 mart 2012 12:35
Berti Foqts və Nazim Süleymanov kubok matçlarında
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək oyunları yığmamızın məşqçilər korpusu da izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Qəbələ” – “Qarabağ” oyununu, baş məşqçinin köməkçisi Nazim Süleymanov isə “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasını izləyəcək.
