14 mart 2012 12:55
Zaqatalada başlayıb, Lənkəranda bitəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyun cədvəli açıqlanıb. Azerisport.az sizi növbəti turun proqramı ilə tanış edir.
Belə ki, 24-cü tur şənbə günü start götürüb, bazar günü yekunlaşacaq. İlk oyun günündə yalnız bir görüş baş tutacaq. Qalan görüşlərin hamısı isə bazar günü oynanılacaq.
Oyunların keçirilmə yerləri və başlama saatları isə aşağıdakı kimidi:
Premyer Liqa
24-cü tur
17 mart (şənbə)
"Simurq" - "Turan"
Zaqatala şəhər stadionu. Saat 16:00
18 mart (bazar)
"Kəpəz" - "Sumqayıt"
Gəncə şəhər stadionu. Saat 14:00
"Qarabağ" - "Qəbələ"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00
"İnter" - "Neftçi"
"Şəfa" stadionu. Saat 16:00
"Rəvan" - AZAL
"Dalğa Arena" stadionu. Saat 16:00
"Xəzər Lənkəran" - "Bakı"
Lənkəran şəhər mərkəzi stadionu. Saat 17:00
