15 mart 2012 13:08

Muarem Muarem: Türk olduğuma görə dili başa düşürəm

“Qarabağ” ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ”ylə qarşılaşdı. Azerisport.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan görüşdə ağdamlıların yeni transferi Muarem Muarem əla zərbəylə görüşün yekun nəticəsini müəyyənləşdirən futbolçu oldu.
 
“Qarabağ”da qol hesabını açan Makedoniya millisinin yarımmüdafiəçisi klubun saytına təəssüratlarını bölüşüb: “Kubok mücadiləsində səfərdə qol vurmaq çox vacibdi. Oyuna heç də pis başlamadıq. Amma oyunun gedişində 2 dəfə geriyə düşdük. Son dəqiqələrdə vurduğumuz qol bizi cavab görüşünə bir qədər rahat getməyimizə şərait yaratdı. Amma bu, o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Ona görə də sadəcə ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə, əslində demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim. Əsas mənim qol vurmağım deyil, komandanın başarılı olmasıdı. Təbii ki, qol vurmaq özünə əminlik gətirir. Hər 2 cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Adaptasiya ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi  titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.