15 mart 2012 13:22

Əfran İsmayılov: Rəqiblərimizdən qorxmuruq

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində fevral ayının ən yaxşı futbolçusu seçilməsinə münasibətini açıqlayıb, digər məsələlərə toxunub.
 
- Bizdə olan məlumata görə, fevral ayının ən yaxşı futbolçusu seçilmisiz. Təbrik edirik!
- Sağ olun! Bu barədə məlumatı elə ilk olaraq sizdən alıram. Bunu bilmirdim və heç düşünmürdüm də. Çünki rəqabət güclü olduğundan yada düşəcəyimi gözləmirdim. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Amma bu, əsas komandamızın uğurudu. Əgər komandamız yaxşı oynayırsa, qələbə qazanırsa, onda futbolçularımıza da diqqət artır.
 
- Mart ayından başlayaraq əvvəlki günlərinizi xatırlatmağa başlamısız. Mövsümün sonuna kimi bu tempdə davam etməyə hazırsız?
- Qış fasiləsi zamanı təlim-məşq toplanışlarımızda səylə çalışırdıq. Əvvəlki formamızı mümkün qədər tez qaytarmaq istəyirdik. Şadam ki, “Qarabağ”a kömək edə bilirəm. Çempionat sona yaxınlaşır. Avrokuboklarda daha yaxşı çıxış etmək haqda düşünürük. “Qarabağ” Avropa Liqasına düşməyə və Azərbaycanı layiqincə təmsil etməyə borcludu.
 
- Bəs çempionluq barədə düşünmürsüz?
- Bu haqda düşünmək hələ tezdi. Qarşıda bizi doqquz tur gözləyir. Çempionluğun taleyi son turlarda həll olunacaq. Hər bir komanda çempion olmaq istəyir. Amma qalib bir komanda olacaq.
 
- 1111 manatı hara xərcləyəcəksiz?
- Hələ bilmirəm. Pul xərcləmək mənim üçün problem deyil. Əsas onu qazanmaqdı.
 
- Fevral ayının ən yaxşısı kimi seçərdiniz?
- Çətin sualdı. Çempionatımızda rəqabət kifayət qədər yüksəkdi. Yaxşı oyunçular çoxdu. Yəqin ki, mən Georgi Adamiyanı seçərdim. O, “Qarabağ”ın əsas heyət oyunçularından biridi, həm də son dövrlər çox yaxşı oynayır.
 
- Ölkə kubokunda “Qəbələ” ilə ilk oyununuz 2:2 hesabıyla bitdi. Bu, sizin üçün sərfəli nəticədi?
- Hələ heç nə dəqiqləşməyib. Şanslar demək olar ki, bərabərdi. “Qəbələ” öz meydanında möhtəşəm çıxış edir. Ağdamda biz daha yaxşı oyun sərgiləməli, nəticə qazanmalıyıq. Qol vurub, buraxmamağımız lazım gələcək. Bu komandayla çempionatda da oyunlarımız var. Çox təhlükəli hücum xətti var. Maksimum diqqətli oynamaq lazımdı.
 
- “Neftçi”nin bu komandaya 1:4 hesabıyla uduzması sizi qorxutmur?
- Biz rəqiblərimizdən qorxmuruq. Kubokdan fərqli olaraq, çempionat oyunlarında hər şeyə 90 dəqiqə aydınlıq gəlir. Matç çox çətin olacaq. “Qəbələ” həqiqətən son dövrlər çox inamlı təsir bağışlayır. Biz də öz meydanımızda səhvsiz oynamalıyıq ki, qol buraxmayaq. Rəqib belə halları bağışlamır.
 
- “Qarabağ” üçün ən təhlükəli rəqib hansını hesab edirsiz?
- Hər bir klubun öz üstünlükləri var. Ad çəkməyəcəm. Qorxuram ki, başqalarıyla oyunlarda arxayınlaşarıq. Bizim üçün bütün rəqiblər eyni dərəcədə təhlükəlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.