15 mart 2012 14:29
Xəzər Lənkəranda 20-ci kapitan
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə ilk oyunu “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, futbolçu karyerasında ilk dəfə meydana bu komandanın kapitanı kimi çıxıb.
Bununla da o, klub tarixinə 20-ci kapitan kimi düşüb. Bunadək “Xəzər Lənkəran”ın hesabında olan 290 matçda cəmi 19 oyunçu meydana kapitan qismində çıxmışdı. Lakin bu matçlardan birində texniki nəticə qeydə alındığından Elnur ümumilikdə 291-ci, baş tutan 290-cı oyunda 20-ci kapitan oldu.
1. Kamran Ağayev - 83
2. Mahmud Qurbanov - 59
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Rahid Əmirquliyev - 14
8. Arif Əsədov - 14
9. Elmar Baxşıyev - 10
10. Bəxtiyar Musayev - 4
11. Alim Qurbanov - 3
12. Füzuli Məmmədov - 2
13. Junior Osvaldo - 2
14. Elnur Allahverdiyev - 2
15. Rəşad Abdullayev - 1
16. Ədəhim Niftəliyev - 1
17. Ruslan Poladov - 1
18. Xaqani Məmmədov - 1
19. Aleksandr Martyoşkin - 1
20. Elnur Abdullayev - 1
Elnur Azərbaycan kubokunda meydana kapitan kimi çıxan 14-cü futbolçu oldu. Kubokun 51-ci matçınadək 13 oyunçu buna nail olmuşdu.
1. Mahmud Qurbanov - 13
2. Kamran Ağayev - 12
3. Emin Quliyev - 6
4. Samir Əliyev - 4
5. Elmar Baxşıyev - 3
6. Zaur Ramazanov - 2
7. Alim Qurbanov - 2
8. Füzuli Məmmədov - 2
9. Arif Əsədov - 2
10. Rəşad Abdullayev - 1
11. Elnur Abdullayev - 1
12. Ruslan Poladov - 1
13. Ədəhim Niftəliyev - 1
14. Dmitri Kramarenko - 1
