15 mart 2012 15:27
“Qarabağla Premyer Liqa oyununa fərqli taktika ilə çıxacağıq”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 25-ci turunda səfərdə qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, ötən gün Azərbaycan kubokunda da üzləşdikləri bu rəqiblə ardıcıl iki görüşlə bağlı bunları dilə gətirib:
“Ötən gün keçirilən kubok qarşılaşması maraqlı alındı. Təəssüf ki, qələbə qazana bilmədik. Amma buna baxmayaraq, iki dəfə hesabda önə keçə bildik. Premyer Liqa oyunları kubok matçlarından fərqlənir. Odu ki, bazar günü hər şey tam fərqli olacaq. Bu oyuna başqa taktika ilə çıxacağıq, nəticəyə oynayacağıq. Quzanlıdan xalla qayıtmağa çalışacağıq. Orda uduzmağa hazırlaşmırıq. Ən vacib məqamlardan da biri odu ki, son oyunda heç bir itki vermədik və qarşıdakı görüşə də ən güclü futbolçularımız meydana çıxa biləcəklər”.