15 mart 2012 22:25
Millimiz Türkiyə ilə sülh bağladı (YENİLƏNİB)
Bu gün İstanbul şəhərində futzal üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmalarının ilk oyunu bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayıb.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Vitali Borisov, Seymur Məmmədov və Rikardo Fiqueroa Silva fərqlənib.
Bu komandalar arasında növbəti yoldaşlıq oyunu sabah - martın 16-da, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.
Yoldaşlıq oyunu
15 mart
Türkiyə - Azərbaycan - 3:3
