15 mart 2012 16:42
Yunis Hüseynovdan Xəzər Lənkəran açıqlaması
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov gözlənilməz təyinatına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünənki “İnter”lə kubok oyunundan sonra “Xəzər Lənkəran” rəhbərliyi mənimlə əlaqə saxladı. Mənə komandanı götürməyi təklif etdilər. Bu gün səhər görüşüb bütün detalları müzakirə etdik, iki illik müqavilə ilə bağlı razılığa gəldik. Lənkərana sabah gedəcəm. Komanda ilə daha yaxından tanış olmaq, uşaqları tanımaq istəyirəm. Mövsümlə bağlı onu deyə bilərəm ki, biz həm çempionatda, həm də kubokda son kimi mübarizə aparacağıq”.