15 mart 2012 17:01
Cüneyt Biçər əvvəlki vəzifəsinə qaytarıldı
Məlum olduğu kimi, artıq Cüneyt Biçər “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postundan istefaya göndərilib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandadan tam uzaqlaşdırılmayıb.
O, sadəcə idman direktoru vəzifəsinə qaytarılıb. Qeyd edək ki, Cüneyt Biçər 2011-ci il dekabrın 5-də komandanın baş məşqçisi təyin olunmuşdu. O, Mirça Redniki əvəzləmişdi. Buna qədər isə türkiyəli mütəxəssis məhz idman direktoru kimi çalışırdı.
Biçərin istefaya göndərilməsi “Qarabağ” (0:1) və “İnter”lə (2:3) son oyunlarda “Xəzər Lənkəran”ın məğlubiyyətləri ilə əlaqədar olub.
