15 mart 2012 17:46
XL rəhbərliyi yeni baş məşqçinin qarşısına vəzifə qoydu
Məlum olduğu kimi, bu gün “Xəzər Lənkəran” rəhbərliyi yeni baş məşqçi Yunis Hüseynovla görüş keçirib. Görüşdə tərəflər öz şərtlərini irəli sürüb, hədəflər müəyyənləşib.
İki illik müqavilə ilə bağlı razılığa gələn klub rəhbərliyinin yerli məşqçinin qarşısına qoyduğu hədəflər də artıq məlumdu. Belə ki, cənub klubunun başbilənləri Yunis Hüseynovdan komandanı avrokuboklara daşımaq və orda uğur qazanmaq tələb edib.
Qeyd edək ki, Hüseynov özü saytımıza ilk açıqlamasında bildirib ki, o, yeni komandasıyla həm Premyer Liqada, həm də Azərbaycan kubokunda sona qədər mübarizə aparacaq.
