15 mart 2012 18:19

Yunis Hüseynov: Azarkeşləri yalnız bir şeyə əmin edə bilərəm ki...

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində bu təyinatından, eləcə də hədəflərindən danışıb.
 
- Ötən həftə mətbuat sizi “Bakı”ya baş məşqçi “təyin etmək” üzrə olsa da, siz “Xəzər Lənkəran”ın sükanı arxasına keçdiniz...
- Son dövrlər məni hara gəldi göndərirdilər. Heç özüm də bilmirəm jurnalistlər niyə məni bu qədər çox sevirlər. Ötən gün Lənkəran klubunun rəhbərliyi mənimlə əlaqə saxladı. Mənə komandanı götürməyi təklif etdilər. Bu gün səhər görüşüb bütün detalları müzakirə etdik. İki illik müqavilə ilə bağlı razılığa gəldik.
 
- Yeni komandanızın çempionatdakı çıxışını mütəmadi izləyirdinizmi?
- Sadəcə onu deyə bilərəm ki, yeni komandamın heyəti Premyer Liqada ən güclülərdən biridi. “Xəzər Lənkəran”da həm yaxşı yerli futbolçular, həm də legionerlər var. Qalır sadəcə formalaşmış güclü komanda yaratmaq. Lənkərana sabah gedəcəm. Komanda ilə daha yaxından tanış olmaq, uşaqları tanımaq lazımdı.
 
- Rəhbərlik qarşınıza hansı hədəfləri qoyub?
- “Xəzər Lənkəran” həmişə titullar uğrunda mübarizə aparıb. Odu ki, hədəflər olduğu kimi qalmaqdadı. Həm çempionluq, həm də kubok uğrunda sona kimi mübarizə aparacağıq. İndi şanslarımızın nə qədər yüksək olmasından danışmaq çətindi. Çünki mövsüm kulminasiya xəttinə yaxınlaşmaq üzrədi. Azarkeşləri yalnız bir şeyə əmin edə bilərəm ki, biz hər iki cəbhədə mübarizəmizi son kimi davam etdirəcəyik.
 
- Komandanızın kubokun yarımfinalına çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Fikrimcə, növbəti mərhələyə çıxmaq şanslarımız pis deyil. Biz “İnter”i keçəcək gücdəyik. Cavab oyununa kimi vaxtımız var. Lakin bizə hələ ilk növbədə qarşıdan gələn Premyer Liqanın “Bakı” ilə oyununu düşünmək lazımdı.
 
- Deməli, sizi daha çox komandanın Premyer Liqadakı durumu narahat edir?
- Burda çətin olacaq. Altı komandanın hamısı çempionluq üçün mübarizə aparır. Şübhəsiz ki, belə komandalarla mübarizə aparmaq asan ola bilməz. Amma biz uğurlu çıxış etməli, avrokuboklara vəsiqə qazanmalıyıq.
 
- Heyətdə dəyişikliklər olacaq?
- Hər şeyə yaxın zamanlarda aydınlıq gələcək. Tələsməyəcəyik, təsəlik qərarlar verməyəcəyik. Hər halda “Bakı”ya qarşı ən yaxşılar çıxış edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.