15 mart 2012 18:24
Birinci divizion: 21-ci turun hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 21-ci turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az sizi növbəti turun hakimləri ilə tanış edir.
Qeyd edək ki, 21-ci tur şənbə günü start götürüb, bazar ertəsi günü yekunlaşacaq. İlk oyun günündə dörd görüş baş tutacaq. Qalan görüşlərin ikisi bazar günü oynanılacaq. Turun qapanış matçı da bazar ertəsinə təsadüf edəcək.
Oyunların keçirilmə yerləri və başlama saatları, həmçinin hakim təyinatları isə aşağıdakı kimidi:
Birinci divizion
21-ci tur
17 mart (şənbə)
"Şuşa" - "Karvan"
Hakimlər: Ramil Diniyev, Aleksandr Musatkin, Maqsud Şıxəliyev, Rəşad Aydınov
"Şəfa" stadionu, 4-cü meydança. Saat 15:00
"Muğan" - "Bakılı"
Hakimlər: Ceyhun Haşımov, Ruslan Babayev, Habil Əliyev, Vurğun Talıbov
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
"Şahdağ" - MKT "Araz"
Hakimlər: Elnur Muradov, Akif Əmirəli, Rüfət Ələsgərov, Tağı Məmmədov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu. Saat 14:00
"Göyəzən" - "Qaradağ Lökbatan"
Hakimlər: Feyzulla Feyzullayev, Hüseyn İmanov, Elşən Məmmədov, Taleh Məmmədov
Qazax şəhər stadionu. Saat 14:00
18 mart (bazar)
MOİK - "Şəmkir"
Hakimlər: Ramil Əhmədov, Samir Hacıyev, Ruslan Nəsibov, Nail Nəcəfov
"Şəfa" stadionu, 4-cü meydança. Saat 14:00
"Lokomotiv" - "Neftçala"
Hakimlər: Anar Niyazov, Qəzənfər Məmmədov, Vüsal Qənbərov, Etibar Həsənov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00
19 mart (bazar ertəsi)
"Tərəqqi" - "Energetik"
Hakimlər: Camaləddin Hacıyev, Vasif Məmmədov, Şakir Quliyev, İlqar Zeynalov
Gəncə şəhər stadionu. Saat 14:00
