15 mart 2012 18:47
24-cü turun hakimləri bəlli oldu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 24-cü tura hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, “Qarabağ” – “Rəvan” oyununda ədaləti qadınlar qoruyacaq.
Belə ki, matçın baş hakimi Səbayel Qurbanova olacaq. Ona Maya Nəbiyeva və Ülviyyə Mustafayeva kömək edəcək. Dördüncü hakim funksiyasını isə Mariya Qasımova yerinə yetirəcək.
Digər oyunların hakim təyinatları aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
Əvəzedicilərin çempionatı
24-cü tur
16 mart (cümə)
"Turan" - "Xəzər Lənkəran"
Hakimlər: Elgün Hüseynov, Rəvan Həmzəzadə, Rahin Heybətov, Emil Müsadiq
Tovuz şəhər, Qaraxanlı qəsəbə stadionu. Saat 14:00
"Sumqayıt" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, Ağahüseyn Əzizov, Rasim Əhmədov, Anar Heydərov
Şağan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
17 mart (şənbə)
"Qarabağ" - "Rəvan"
Hakimlər: Səbayel Qurbanova, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Mariya Qasımova
Şəfa" stadionu, 4-cü meydança. Saat 12:00
AZAL - "Bakı"
Hakimlər: Fərid Məmmədov, Eyyub İbrahimov, Hüseyn Əsgərov, Elçin Qasımov
"AZAL Arena" stadionu. Saat 14:00
"İnter" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Mahir Məmmədov
"Şəfa" stadionu. Saat 13:00
"Qəbələ" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Həsən Babayev, Elxan Əsgərzadə, Anar Fərəcov
Qəbələ şəhər stadionu (süni örtüklü meydança). Saat 14:00
