15 mart 2012 19:27

Əfran İsmayılovdan ilin futbolçusu iddiası

Bu gün Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilmiş “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə 24 yaşlı yarımmüdafiəçiyə Peşəkar Futbol Liqası tərəfindən hədiyyələr, baş sponsor tərəfindən isə 1111 manat pul mükafatı təqdim olunub.
 
Mükafatlandırma mərasimindən sonra İsmayılov ilin futbolçusu olmağa çalışacağını bildirib: “Açığı, qalib olacağımı gözləmirdim. İşimiz futbol oynamaqdır. Hazırda bütün diqqətimizi ölkə çempionatı və kubok mübarizəsinə yönəltmişik. Sağ olsunlar ki, belə nominasiya təsis ediblər. Bu addım insanı daha da stimullaşdırır”.
 
Futbolçu “Qarabağ”ın çempionluğu barədə hələ düşünmədiyini də söyləyib: “Qarşıda çətin oyunlar var. Hələ çempionluq barədə düşünmürük. Sona ən azı 3 tur qalmış bu barədə fikirləşmək olar”.
 
İsmayılov hər bir müdafiəçiyə qarşı oynamağın çətin olduğunu da vurğulayıb.
 
Qeyd edək ki, “ayın futbolçusu” sorğusunda Premyer Liqanın 12 klubu və 33 KİV nümayəndəsi iştirak edib. Respondentlər ilk dəfə 16 namizəd irəli sürüblər. İsmayılovun namizədliyini jurnalistlərin 33 faizi dəstəkləyib. 24 yaşlı yarımmüdafiəçi baş məşqçilər və komanda kapitanları arasında 22 mümkün səsdən 6-nı qazanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.