15 mart 2012 20:48
Qəbələ Ukraynadan darmadağınla qayıdır
Təlim-məşq toplanışı məqsədilə Ukraynanın Donetsk şəhərində səfərdə olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində üçüncü – sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Metallurg”lu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:3 hesabilə məğlub olublar.
Matç “Metallurg”un bazasında baş tutub. Xatırladaq ki, “Qəbələ” Donetskdə hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayıb. İlk matçda “Şaxtyor” 0:5 hesabilə məğlub olan komandamız, ikinci görüşdə eyniadlı klubun şəhər filialının komandasının qapısından 4 cavabsız top keçirib. Donetsk hazırlıqlarını yekunlaşdıran təmsilçimiz sabah vətənə dönəcək.
