15 mart 2012 11:43
FİFA rəsmilərindən Bakıda daha bir seminar (FOTOREPORTAJ)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Bakıda marketinq üzrə seminar təşkil olunub. Azerisport.az xəbər verir ki, seminarda ilk olaraq AFFA-nın baş katibi, DÇ-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edib. Sonra FIFA-nın marketinq üzrə nümayəndələri Kim Yu və Martin Nussbaumer iştirakçılara marketinq işləri barədə ətraflı məlumat veriblər. Yerli Təşkilat Komitəsinin marketinq nümayəndələri Cavid Qarayev və Cəmilə Sultanova dünya çempionatı ilə bağlı aparılmış işlər barədə danışıb, habelə tədbirdə iştirak edən FİFA partnyorları və dünya çempionatının yerli dəstəkçiləri – ARDNŞ, Xalq Bank və Bakcell – üçün müxtəlif marketinq imkanları təqdim ediblər. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin biletlər üzrə direktoru Zaur Məmmədov isə ümumi bilet satışı strategiyası barədə məlumat verib.
