15 mart 2012 11:58

Eder Bonfim: Bunu faciəyə çevirmək istəməzdim

“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim azerisport.az saytına müsahibəsində komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter”lə oyunundan və şanslarından danışıb.
 
- “Xəzər Lənkəran”da nə baş verir?
- Xüsusi nəsə baş vermir ki, problemlərdən danışmaq lazım gəlsin. Mən bu iki məğlubiyyəti faciəyə çevirmək istəməzdim. Əlbəttə, “Qarabağ” (0:1) və “İnter”ə (2:3) məğlubiyyətlərə görə sevinmirik. Amma bütün bunlar düzələn işlərdi.
 
- Deməli, “Xəzər Lənkəran” kubokdakı ilk məğlubiyyətin əvəzini çıxa biləcək?
- Tamamilə. Kubok oyunlarında səfərdə 2:3 hesabıyla uduzmaq artıq çoxdan uğursuz nəticə kimi qiymətləndirilmir. Biz yarımfinala çıxmaq üçün yaxşı şansa malikik. Bizə sadəcə bir qol vurmaq lazımdı. Öz meydanımızda isə bu, mümkünsüz deyil. Əlbəttə, ilk oyunda uduzduğumuza görə təəssüflənirik. Amma indiki halda da hər şey bizim lehimizədi.
 
- Bəs uduzmağınıza nə səbəb oldu? Axı son iki qolu hesabda öndə olduğunuz halda son 10 dəqiqədə buraxdınız...
- Səhvlər. “İnter” kimi komandalar belə səhvləri bağışlamırlar. Arzu edirəm ki, bundan sonrakı oyunlarımızda həmin səhvləri təkrarlamayaq. Belə olan halda mövsümün qalan dövründə problemlərimiz də az olar. Həmçinin hakimi də başa düşmədim ki, hesab 2:2 olarkən cərimə zərbəsini hardan gördü.
 
- Hesab etmirsiz ki, hesab 2:1 olarkən müdafiəyə çox qapanmışdınız?
- Meydan sahibləri məğlub durumdadırsa, onlar bütün gücü ilə hücuma atılırlar. Təbii ki, biz onlara qapımıza bu qədər zərbə endirməyə imkan verməməliydik. Əminəm ki, cavab oyunu öncəsi bu çatışmazlığı aradan qaldıracağıq.
 
- Bəs Premyer Liqadakı çempionluq şanslarınız barədə nə deyərdiz?
- Çempionluq ambisiyalarımızdan əl çəkməmişik. Hələ turnir cədvəlinin ilk pilləsini ələ keçirmək şansımız qalmaqdadı. Biz “Neftçi”dən cəmi 5 xal geri qalırıq. İlk altılıqda qərarlaşan hər bir komandanın isə daha 27 xal toplamaq imkanı var. Özünüz nəticə çıxarın.
 
- Bu 27 aldan üçüncü martın 18-də “Bakı” ilə oyunda qazana bilərsiz...
- “Qarabağ”la son uğursuz oyundan sonra mütləq qələbə qazanmalıyıq. Əks halda ardıcıl uğursuzluqlar komandaya mənfi təsir göstərə bilər. “Bakı” ilə oyunlar komandamız üçün həmişə çətin keçir. Bu dəfə də istisna təşkil etməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.