15 mart 2012 12:50
Fevralın ən yaxşı futbolçusu Əfran İsmayılov oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının fevral ayı üçün ən yaxşı futbolşçusunun adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının futbol klublarının baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında aparılmış sorğusunun nəticələrinə görə, "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov fevral ayının ən yaxşı futbolçusu olub.
Qeyd edək ki, ayın "ən yaxşı oyunçusu"nun mükafatlandırılması mərasimi bu gün təşkil olunacaq.
