16 mart 2012 12:57
“Bu qarşılaşma heç kimi biganə qoymadı”
“İnter”in bolqar hücumçusu Enyo Krastovçev “Xəzər Lənkəran” matçı barədə təəssüratlarını bölüşüb, “İnter”in kubok turnirində qələbə qazanmaq şansından danışıb və “Neftçi” ilə keçiriləcək matç barədə fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- "Xəzər Lənkəran"la keçirilən oyun barədə nə deyə bilərsən?
- Oyun çox çətin alındı. Əminəm ki, bu qarşılaşma heç kimi biganə qoymadı. Belə oyunlar az olur və həmişə mövsümün bəzəyinə çevrilir. Çox xoşdu ki, bizə qalib gəlmək müyəssər oldu. Lakin bizim çütün taleyi cavab matçında həll olunacaq.
- Zədə üzündən uzun müddət meydandan kənar qalmışdın və yəqin meydana qayıdışını qolla qeyd etmək xoşdu?
- Bəli, zədə müəyyən müddət meydana çıxmağa imkan vermədi, ancaq indi hər şey qaydasındadı. Xoşdu ki, komanda belə vacib qələbə qazandı və xüsusilə xoşdur ki, komandanın uğurunda mənim də töhvəm oldu.
- “İnter”in kubok turnirində uğur qazanmaq şansını necə qiymətləndirirsən?
- Bilirsiniz, bu barədə danışmaq hələlik tezdi. Bu mərhələdə bizə növbəti mərhələyə keçmək lazımdır, bundan sonra final və turnirdə qələbə haqqında düşünmək olar. Deyim ki, turnirin bütün komandaları yalnız qələbəyə kökləniblər, hamı özünü göstərmək istəyir.
- Bu bazar komandanı “Neftçi” ilə qarşılaşma gözləyir. Qarşıdakı oyun barədə nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. İnşallah, qələbə qazanarıq və turnir cədvəlində birinci yerə yüksələrik.
