16 mart 2012 17:34
Millimiz Türkiyə ilə 2-ci dueldən qalib ayrıldı (YENİLƏNİB)
Bu gün İstanbul şəhərində futzal üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmalarının növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Qarşılaşma yığmamızın qələbəsi ilə başa çatıb. Futbolçularımızdan Vitali Borisovla Serjio fərqlənib.
Qeyd edək ki, ötən gün bu komandalar daha bir oyun keçirmişdilər. Qarşılaşma 3:3 hesabı ilə başa çatmışdı.
Yoldaşlıq oyunu
16 mart
Türkiyə - Azərbaycan - 1:2
