16 mart 2012 13:58
Turanın yeni prezidenti müəyyənləşdi
“Turan”ın yeni prezidentinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra Tovuz klubuna Yaşar İbrahimov rəhbərlik edəcək.
Bölgə klubunun vitse-prezidenti vəzifəsi isə Eltay Aslanova həvalə olunub. O, həm də komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirməyə davam edəcək.
Qeyd edək ki, İbrahimov 2006-07-ci illərdə də Tovuz klubuna rəhbərlik edirdi. Onun dövründə “Turan” 10-cu yeri tutmuşdu.
