16 mart 2012 02:15
Avroliqanın 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli oldu
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gecə baş tutan 1/8 final mərhələsinin cavab oyunları nəticəsində bütün 1/4-çilər bəlli oldular.
Beləliklə, İspaniyanın “Valencia”, “Athletic” və “Atletico” klubları, Almaniyanın “Hannover”, “Schalke” klubları, Portuqaliya “Sporting”i, Hollandiya “AZ Alkmaar”ı və Ukrayna “Metallist”i (Xarkov) qitənin ikinci dərəcəli klub turnirinin yarımfinalına çıxmaq uğrunda mübarizə aparmaq hüququna yiyələnib.
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün - martın 16-da keçiriləcək.
