16 mart 2012 02:26
Etnik münaqişələr ölkə çempionatını təxirə saldı
Futbol üzrə Makedoniya çempionatının oyunları dayandırılıb. Azerisport.az xəbər verir ki, bu barədə Makedoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu qərar makedoniyalılarla albanlar arasında etnik münaqişələr yaranması təhlükəsi ilə əlaqədardı. Belə ki, ölkə birinciliyinin 20-ci turunda Tetovo şəhərində “Şkendiya” və “Vardar” komandaları, habelə, “Teteks” və “Napredok” klubları arasında keçirilməli oyunlar qeyri-müəyyən müddətə təxirə salınıb.
Makedoniyada qəbul edilmiş qaydaya görə, çempionatın əvvəlki turunda bütün oyunlar keçirilməyincə növbəti tur başlana bilməz. Bununla əlaqədar, ölkə birinciliyi dayandırılıb.
Son vaxtlar bu ölkədə makedoniyalılarla albanlar arasında etnik münaqişələr kəskinləşib, belə hadisələr zamanı onlarca adam zərər çəkib. Münaqişələrin əksəriyyəti Makedoniyanın paytaxtı Skopyedə və Tetovo şəhərində baş verir.
