16 mart 2012 15:06
Çempionlar Liqası: 1/4 final və yarımfinalın püşkü atıldı (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:45-də başlayıb.
1/4 final mərhələsində mübarizə aparmaq şansı qazanan səkkiz klub (“Barcelona” (İspaniya), “Real” (Madrid, İspaniya), “Chelsea” (İngiltərə), APOEL (Cənubi Kipr), “Benfica” (Portuqaliya), “Milan” (İtaliya), “Olympique” (Marsel, Fransa) və “Bayern” (Münhen, Almaniya) cütlərə bölünüblər.
Qeyd edək ki, artıq bu mərhələdən etibarən eyni ölkənin təmsilçiləri də bir-biriylə qarşılaşa bilərdi. Belə ki, 1/4-də iki klubla təmsil olunan yeganə ölkə - İspaniyanın təmsilçiləri “Real”la “Barcelona”nın da bir-biriylə düşməsi mümkün idi. Lakin bu, baş verməyib.
1/4 finalın püşkünün ardından yarımfinalın da püşkü atılıb.
ÇL-də 1/4 final matçları 27-28 mart və 3-4 aprel, yarımfinal matçları isə 26-27 aprel və 3-4 may tarixlərində oynanılacaq.
Çempionlar Liqası
1/4 final
1. APOEL - Real
2. Olympique (Marsel) - Bayern
3. Benfica - Chelsea
4. Milan - Barcelona
Yarımfinal
2-ci cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi
