16 mart 2012 16:20
Avroliqada 1/4 final və yarımfinal cütləri bəlli oldu (YENİLƏNİB)
Bu gün Çempionlar Liqasıyla yanaşı həm də UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
1/4 final mərhələsində mübarizə aparmaq şansı qazanan səkkiz klub (“Valencia”, “Athletic”, “Atletico” (İspaniya), “Hannover”, “Schalke” (Almaniya), “Sporting” (Portuqaliya), “AZ Alkmaar” (Hollandiya) və “Metallist” (Xarkov, Ukrayna) qitənin ikinci dərəcəli klub turnirinin yarımfinalına çıxmaq uğrunda mübarizə üçün cütlərə bölünüblər. 1/4 finalın püşkünün ardından yarımfinalın da püşkü atılıb.
Qeyd edək ki, Avroliqada 1/4 final mərhələsinin oyunları martın 29-da və aprelin 5-də, yarımfinal qarşılaşmaları isə aprelin 19-da və 26-da keçiriləcək.
Avropa Liqası
1/4 final
1. AZ Alkmaar - Valencia
2. Schalke - Athletic
3. Sporting - Metallist (Xarkov)
4. Atletico - Hannover
Yarımfinal
4-cü cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 2-ci cütün qalibi
