16 mart 2012 16:38
Xəzər Lənkəran Turanla sülh bağladı, Sumqayıt Simurqa uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 24-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Turan" "Xəzər Lənkəran"la qolsuz heç-heçəyə nail olub. "Sumqayıt" isə evdə "Simurq"a uduzub.
Turun qalan görüşləri sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
24-cü tur
16 mart (cümə)
Turan - Xəzər Lənkəran – 0:0
Hakimlər: Elgün Hüseynov, Rəvan Həmzəzadə, Rahin Heybətov, Emil Müsadiq.
Tovuz. Qaraxanlı qəsəbə stadionu.
Sumqayıt – Simurq – 1:2
Qollar: Eşqin Quliyev, 15 - Qafar Qafarov, 64, Həsən Qəhrəmanov, 67.
Hakimlər: Rövşən Əhmədov, Ağahüseyn Əzizov, Rasim Əhmədov, Anar Heydərov.
Şağan. Olimpiya İdman Kompleksinin stadionu.
N
O
Q
H
M
T-F
X
