16 mart 2012 17:56
Qarabağ Ağdama getdi
“Qarabağ” Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin 2-ci turunda “Qəbələ”ni qəbul edəcək komanda bu gün Quzanlıya gedib.
Bakıda məşq edən “Qarabağ” günorta yeməyindən sonra yola düşüb. Ağdam klubu gün Quzanlıda istirahət edəcək. Sabah isə 1 saatlıq yüngül məşqlə kifayətlənəcək. Heyətdə itkilər yoxdu.
