16 mart 2012 18:39

Xəzər Lənkəran – Bakı: 28-ci duelə doğru

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” tarixində 28-ci dəfə bu rəqiblə görüşəcək. Azerisport.az xəbər verir ki, indiyədək tərəflər hərəyə 8 qələbə qazanıb və 11 dəfə bərabərliklə ayrılıblar. Top fərqində isə cənublular böyük üstünlüyə malikdi – 29:21. Fərqin belə böyük olması “Xəzər Lənkəran”ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə udması ilə bağlıdı.
 
Çempionatda 21-ci dəfə üz-üzə gələcək rəqiblərin əvvəlki 20 matçında da cənublu futbolçular rəqibini üstələyib. Qarşılaşmaların yarısı heç-heçə bitsə də, XL 6 dəfə qalib gəlməklə daha üstün olub. Bakılılar isə cəmi 4 dəfə seviniblər. Top fərqi isə 22:13-dü.
 
XL-ın son oyunlardakı üstünlüyü daha böyükdür. Bu komanda son 3 matçdan 2-də qalib gəlib və 1-də heç-heçə edib. Lənkərandakı son 3 oyunda isə qonaqlar nə qol, nə də xal görüb. Bu matçlarda hesab artan templə dəyişib – 1:0, 2:0, 3:0. Sırf çempionat oyunlarında isə “Bakı” 6 qarşılaşmadır ki, qələbə həsrətindədir. XL bu müddətdə 2 qələbə qazanıb və 4 heç-heçə edib.
 
Qeyd edək ki, “Bakı” ilə görüş Yunis Hüseynovun baş məşqçi postunda debüt oyunu olacaq.
 
2004/05   22.08.2004   çempionat            səfər    0:2
2004/05   23.02.2005   çempionat            evdə     2:0
2005/06   22.08.2005   çempionat            evdə     0:1
2005/06   17.02.2006   çempionat            səfər     1:1
2006/07   26.08.2006   çempionat            evdə     1:0
2006/07   26.02.2007   Kubok, ¼ final, I   səfər    2:0
2006/07   04.03.2007   Kubok, ¼ final, II  evdə     0:1
2006/07   17.03.2007   çempionat            səfər    0:0
2007/08   04.11.2007   çempionat            səfər    2:2
2007/08   04.05.2008   çempionat            evdə     0:0
2008/09   26.10.2008   çempionat            səfər    0:0
2008/09   25.02.2009   Kubok, ¼ final, I   evdə    0:1
2008/09   11.03.2009   Kubok, ¼ final, II  səfər   2:2
2008/09   18.04.2009   çempionat             evdə   3:0
2009/10   25.11.2009   çempionat             evdə   1:1
2009/10   29.11.2009   çempionat             səfər   3:0
2009/10   11.04.2010   çempionat             səfər   0:1
2009/10   15.05.2010   çempionat             evdə    0:1
2009/10   23.05.2010   Kubok, final         neytral   1:2
2010/11   02.10.2010   çempionat             evdə    1:1
2010/11   27.11.2010   çempionat             səfər   1:1
2010/11   02.04.2011   çempionat             səfər   0:0
2010/11   27.04.2011   Kubok, 1/2 final, I  evdə   1:0
2010/11   04.05.2011   Kubok, 1/2 final, II səfər   1:2
2010/11   13.05.2011   çempionat              evdə   2:0
2011/12   21.10.2011   çempionat              səfər   2:2
2011/12   21.12.2011   çempionat              evdə    3:0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.