16 mart 2012 18:07
“Ümid edirəm ki, Azərbaycanla növbəti oyunda daha yaxşı çıxış edəcəyik”
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra rəqib komandanın baş məşqçisi Viktor Qryapka matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:4 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Komandamızı yeni formalaşdırmışıq. Buna görə də, müəyyən çatışmazlıqlar var. Ümid edirəm ki, Azərbaycan yığması ilə keçirəcəyimiz növbəti yoldaşlıq oyununda daha yaxşı çıxış edəcəyik”.
“Komandamızı yeni formalaşdırmışıq. Buna görə də, müəyyən çatışmazlıqlar var. Ümid edirəm ki, Azərbaycan yığması ilə keçirəcəyimiz növbəti yoldaşlıq oyununda daha yaxşı çıxış edəcəyik”.
