16 mart 2012 18:17
Almaniyalı mütəxəssis yığmamızın oyununu şərh etdi
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra komandamızın baş məşqçisi Sissi Rayt matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandamızın 4:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazanmağımıza baxmayaraq, Gürcüstan yığması ilə bir müddət əvvəl keçirdiyimiz oyunlarda daha yaxşı çıxış etdiyimizi düşünürəm. Bu gün topu çox saxlayır, ötürmələri ləngidirdik. Ümumilikdə, qələbə qazandığımız üçün məmnunam”.