17 mart 2012 00:04

Premyer Liqada lideri dəyişə biləcək tur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, final mərhələsinin ikinci turunun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
 
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Turan” “Simurq”un qonağı olacaq. Tovuz klubu qələbə qazanacağı təqdirdə son zirzəmidən çıxmaq şansına malikdi. Lakin bu, heç də asan olmayacaq. Əvvəla, bunun üçün ilk növbədə Zaqatala klubunu yerli azarkeşlərin gözü qarşısında məğlub etmək lazımdı. Amma bu, “Turan” üçün çox çətin görünür. Yeni baş məşqçisi Georgi Çixradzenin rəhbərliyi altında debüt matçına çıxacaq meydan sahibləri mütləq qələbə qazanmağa çalışacaq. Belədə tovuzluların son turda qazanılan AZAL üzərindəki qələbənin davamını gərirməsi real görünmür. Özü də təsnifat mərhələsindəki qarşılaşmada da məhz “Simurq” qələbə qazanan tərəf olmuşdu – 2:1. Baxmayaraq ki, Turan da Tovuzda baş tutan görüşdən qalib ayrılmışdı - 1:0.
 
İkinci altılığın digər oyunları bazar gününə təsadüf edəcək. “Kəpəz” “Sumqayıt”ı   qəbul edəcək. Son oyunlarda inamlı təsir bağışlayan, ardıcıl qələbələrə sevinən Gəncə klubu bu uğurunun davamını gətirə bilər. Çünki “Sumqayıt” qış fasiləsindən sonra bir qayda olaraq məğlubiyyətləri sıralamaqdadı. Düzdü, Bernard Raabın komandası uğursuz gedişata məhz “Kəpəz”lə qarşılaşmada son qoya, səfərdə ən azı bir xal qazana bilər. Necə ki, bunu təsnifat mərhələsində Gəncədə baş tutan görüşdə bacarmışdılar - 1:1. Bu azmış kimi, “Sumqayıt” doğma meydanda keçirilən qarşılaşmada bu rəqibini darmadağın da (4:1) etməyə imkan tapmışdı. Bu üzdən də gəncəlilər üçün bu qarşılaşma təkcə 3 xal qazanmaq yox, həm də revanş xarakteri daşıyır.
 
Zəiflər arasında ən güclü olan AZAL isə səfərdə “Rəvan”ın qonağı olacaq. Özü də qarşılaşma kifayət qədər prinsipial xarakter daşıyır. Çünki iki paytaxt klubundan qələbə qazanan tərəf turnir cədvəlində liderliyi ələ alacaq. AZAL hətta heç-heçə sayəsində də buna nail ola bilər. Amma güman ki, “təyyarəçilər” bu qarşılaşmadan mütləq qələbə ilə ayrılmağa çalışacaqlar. Məsələ burasındadı ki, debütantla baş tutan indiyəqədərki hər iki qarşılaşmada AZAL məğlubiyyətlə üzləşib. İlk dövrədə baş tutan ev oyununda 1:2 hesabıyla uduzan bu komanda səfərdə də “Rəvan”dan zəif olmuşdu - 1:3. “Rəvan” indi yenə qələbə qazana bilsə, o zaman turnir cədvəlində 7-ci pilləni AZAL-dan təhvil almış olacaq. Yeri gəlmişkən, ölkə kubokunda da mübarizəni davam etdirən AZAL “Turan”la son oyunda olduğu kimi, bu görüşdə də əsas heyət oyunçularının bəzilərini qorumağa üstünlük verə bilər. Çünki ikinci altılıqda lider olmaq bu komandaya heç nə verməsə də, kubokla avrokuboklara qatılmaq şansı kifayət qədər yüksəkdi.
 
Digər qarşılaşmalar hamısı iddialılar arasında baş tutacaq. Turun mərkəzi görüşündə lider “Neftçi” səfərdə “İnter”lə üz-üzə gələcək. Hər iki komanda həftəiçi ağır kubok oyunundan çıxıb. “Ağ-qaralar” səfərdə “Kəpəz”i 2:1 yendisə, “bankirlər” evdə “Xəzər Lənkəran” üzərində çətin qələbəyə sevindilər – 3:2. Lakin müəyyən yorğunluğa baxmayaraq, tərəflərin bu görüşünün güzəştsiz və maraqlı keçəcəyi şübhəsizdi. Çünki komandaları cəmi 1 xal ayırır. “Neftçi” qalib gəlsə, hətta heç-heçə də etsə, zirvədə qalacaq. Uduzacağı halda isə Premyer Liqada lider dəyişikliyi baş verəcək.
 
Bu qarşılaşma “Neftçi” üçün eyni zamanda qisas xarakteri daşıyacaq. Çünki bu mövsüm paytaxt derbilərinin hər ikisini “İnter” qazanıb. Belə ki, “Neftçi” evdə minimal hesabla uduzduğu bu rəqibi ilə səfərdə də bacarmamışdı - 1:2. Bu üzdən də “ağ-qaralar”ın ardıcıl üçüncü dəfə eyni rəqibə uduzması heç də adi qarşılanmayacaq. Özü də son ölkə çempionu son turda “Qəbələ”yə səfərdə 1:4 hesabıyla uduzmuşdu. Deməli, komandanın qələbə qazanmaqdan, ən azı uduzmamaqdan başqa yolu yoxdu.
 
Daha bir maraqlı görüş “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək. Bu komandalar bir həftə içində ardıcıl ikinci dəfə üz-üzə gələcəklər. Belə ki, həftəiçi Qəbələdə üz-üzə gələn tərəflər Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində 2:2 hesablı heç-heçəyə razılaşmışdılar. Ölkə çempionatının oyununda necə olacağı isə maraqla gözlənilir. “Qəbələ” səfərdə də olsa, qələbə qazanmaqla liderlərə yaxınlaşmağa çalışacaq, eyni zamanda “Bakı”yla xal fərqini qorumaq istəyəcək. “Qarabağ” da ilk üçlükdəki mövqeyini möhkəmləndirməkdə iddialıdı. Maraq üçün xatırladaq ki, ilk dövrədə Quzanlıda baş tutan təsnifat mərhələsinin oyununda “Qarabağ” “Qəbələ”yə 0:1 hesabıyla uduzmuşdu. Qəbələdəki oyunda isə hesab açılmamışdı.
 
Nəhayət, turun qapanış matçında “Xəzər Lənkəran” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların oyununu məğlubların dueli kimi də qiymətləndirmək olar. Çünki “ağ-yaşıllar” son turda “Qarabağ”a, “Bakı” isə “İnter”ə 0:1 hesabıyla uduzmuşdu. Üstəlik bu komandalar da həftəiçi kubok mübarizəsindən çıxıblar. XL “İnter”ə uduzduğu halda, “Bakı” AZAL üzərində qələbəyə sevinmişdi. Məhz bu üzdən qonaqların düşərgəsindəki atmosferin bir qədər daha yaxşı olduğunu düşünmək olar. Baxmayaraq ki, komanda Aleksandr Starkovun gedişindən sonra baş məşqçisizdi. Yeri gəlmişkən, paytaxt klubu kimi, Lənkəran təmsilçisi də bu oyun ərəfəsində eyni aqibəti yaşadı. Daha doğrusu Cüneyt Biçərlə yollarını ayıran lənkəranlılar onun yerinə Yunis Hüseynovu gətirdilər. Bir sözlə “Bakı” ilə görüş bu mütəxəssis üçün debüt xarakteri daşıyır.
 
Bu klublar arasında təsnifat mərhələsində baş tutan oyunlara da nəzər salmaq pis olmazdı. Belə ki, Bakıda keçirilən mövsümün ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Lənkərandakı qarşılaşmada isə meydan sahibləri gülən tərəf olmuşdular - 3:0. Elə bu dəfə də matçın doğma meydanda keçirilməsi cənublular üçün əlavə üstünlük sayıla bilər.
 
Premyer Liqa
24-cü tur
17 mart (şənbə)
 
Simurq – Turan
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
18 mart (bazar)
 
Kəpəz – Sumqayıt
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Qarabağ – Qəbələ
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
 
Rəvan – AZAL
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena. Saat 16:00.
 
İnter – Neftçi
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran – Bakı
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran şəhər mərkəzi stadionu. Saat 17:00.
 
 
N
O
Q
H
M
T-F
X
 
1
23
16
1
6
46-21
49
 
2
23
14
6
3
22-10
48
 
3
23
13
5
5
28-14
44
 
4
23
13
5
5
33-20
44
 
5
23
11
6
7
31-24
38
 
6
23
10
5
8
27-23
35
 
 
7
23
8
5
10
35-38
29
 
8
23
7
7
9
24-29
28
 
9
23
6
5
12
27-39
23
 
10
23
5
5
13
19-35
20
 
11
23
4
3
16
16-38
15
 
12
23
4
2
17
16-33
14
 
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq), Dodo (Qəbələ)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.